17.3 C
Baku
20 May 2025, 1:57
Baş xəbərDünya

Sanchez: İspaniyanın elektrik ehtiyacının 60%-i 5 saniyədə yox oldu

İspaniyanın baş naziri Pedro Sançes dünən günorta saatlarında başlayan və səbəbi hələ də bilinməyən elektrik kəsilməsi zamanı ölkənin elektrik enerjisinə ehtiyacının 60 faizinin 5 saniyədə itdiyini bildirib.

Baş nazir Sançes paytaxt Madriddəki Baş nazirin iqamətgahında (Moncloa) keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra ölkədə günorta saatlarından bəri yaşanan elektrik kəsilməsi ilə bağlı ikinci açıqlama verib.

“Ölkədə elektrik enerjisinin demək olar ki, 50 faizi bərpa edilib və bütün bölgələrdə təkmilləşdirmələr qeydə alınır”, – Sançes bildirib.

Elektrik enerjisinin tam bərpası üçün çalışdıqlarını deyən Sançez böhran zamanı ölkəsi ilə həmrəy olduqları üçün Fransa və Mərakeşə təşəkkür edib.

İspaniyanın elektrik enerjisinə ehtiyacının 60%-i 5 saniyə ərzində yox olub

“Normal vəziyyətə qayıtmaq üçün tam olaraq nə qədər vaxt lazım olacağı, enerji şirkətinin bizə dəqiq deyə bilməyəcəyi bir şeydir. Sistemin texniki olaraq sıfıra enməsi əvvəllər heç vaxt olmamışdı”, – Sançes ölkəsinin normal vəziyyətə qayıtması ilə bağlı deyib.

İspaniyanın baş naziri Sançes deyib:

“Enerji şirkəti dünən saat 12:33-də bizə bildirib ki, 5 saniyə ərzində 15 gigavatlıq generasiya birdən-birə sistemdən yoxa çıxıb. Bu, indiyə qədər olmamış bir şeydir. Sizə bir fikir vermək üçün o vaxt 15 gigavat ölkənin ehtiyacının təxminən 60 faizini təşkil edirdi”.

Sançes ölkəni sarsıdan fasilənin səbəbinin hələ müəyyən edilmədiyini və həm dövlətin, həm də özəl sektorun koordinasiyalı şəkildə işlədiyini bildirib.

Elektrik kəsilməsinin səbəbi ilə bağlı hər hansı bir ehtimalı istisna etmədiklərini təkrarlayan Sançes, bütün ehtimalların təhlil edildiyini bildirib.

Sançes ictimaiyyətin rahat olması lazım olduğunu və ölkədə heç bir təhlükəsizlik probleminin olmadığını və əlavə təhlükəsizlik qüvvələrinin növbətçi olduğunu bildirib.

“Qatarlarda sıxışan 35 min insan xilas edilib, 11 qatar təxliyyə olunmağı gözləyir. Bəzi ərazilər yanacaq tələb edur və bu tələbatlar da ödənildi” deyə o söyləyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İstanbulda zavod yandı: 12 yanğınsöndürən cəlb olundu

Teymur Əziz

Təbii qazdan partlayış baş verdi

Bugün TV

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu