Digər

Sanders İsrailə silah satışının dayandırılması üçün yeni təşəbbüslə çıxış edəcək

ABŞ senatoru Bernie Sanders İsrailə silah satışının qarşısının alınması məqsədilə yeni qanun layihəsi təqdim etməyə hazırlaşır.

Məlumata görə, müstəqil senator Qəzzada baş verən hadisələrə diqqət çəkərək, ABŞ-ın İsrailə hərbi dəstəyinin dayandırılmasının vacibliyini vurğulayıb. Sanders bildirib ki, bu həftə İsrail ordusuna təxminən yarım milyard dollar dəyərində bomba və texnika satışının qarşısını almaq üçün Senatda səsvermənin keçirilməsinə çalışacaq.

Senator çıxışında İsrailin Baş naziri Binyamin Netanyahu hökumətini sərt tənqid edərək, Qəzzada baş verənləri “soyqırımı” kimi qiymətləndirib və ABŞ vergi ödəyicilərinin bu siyasəti maliyyələşdirməməli olduğunu qeyd edib.

Xatırladaq ki, Sanders daha əvvəl də İsrailə yüz milyonlarla dollar dəyərində silah satışının bloklanması ilə bağlı oxşar təşəbbüslə çıxış etmiş, lakin ABŞ Senatında bu təklif qəbul olunmamışdı.

Qeyd edək ki, son dövrlərdə xüsusilə Demokratlar arasında İsrailə silah tədarükünün dayandırılması və bölgədə hərbi əməliyyatlara dəstəyin azaldılması ilə bağlı çağırışlar artmaqdadır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu