25 C
Baku
27 İyul 2024, 7:17
Dünya

Sanksiya qərarı səsləri yüksəltdi

  ABŞ və İsrail arasında ‘Netzah Yehuda’ gərginliyi!

ABŞ-ın İsrail ordusunun “Netzah Yehuda” batalyonuna qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı iddialar İsrail rəsmilərinin qəzəbinə səbəb olub. Baş nazir Benyamin Netanyahu ölkəsinə qarşı bütün embarqoları rədd edəcəyini bildirib.

ABŞ-ın işğal altındakı İordan çayının qərb sahilində insan haqları pozuntularına görə İsrail ordusunun “Netzah Yehuda” batalyonuna sanksiya tətbiq edəcəyi xəbəri İsrail rəsmilərinin qəzəbinə səbəb olub.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu xəbərə sərt reaksiya verib. Ben-Qvir X sosial media platformasındakı paylaşımında “Əsgərlərimizə qarşı sanksiyalar qırmızı xəttdir” deyib.

Müdafiə naziri Yaov Qalantın İordan çayının qərb sahilindəki “Netzah Yehuda” batalyonuna dərhal dəstək verməsi lazım olduğunu iddia edən Ben-Qvir, əks halda batalyonu “böyük qəhrəmanlar” kimi tabeliyində olan sərhəd polisinə daxil edəcəyini bildirib.

”BU TAM DƏLİLİKDİR”

İfrat sağçı maliyyə naziri Bezalel Smotrich də “İsrail var olmaq üçün mübarizə apararkən Amerikanın orduya qarşı sanksiyalar tətbiq etmə qərarı tam dəlilikdir” deyib.

Smotriç bu addımı “İsraili Fələstin dövlətinin yaradılmasını qəbul etməyə və İsrailin təhlükəsizliyindən imtina etməyə məcbur etmək planının bir hissəsi” hesab edib.

İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz X sosial media platformasındakı paylaşımında iddia edib ki, “İsrail ordusunun tərkib hissəsi olan Netzah Yehuda batalyonu hərbi qanunlara tabedir və beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir”.

İsrailin “ordunun əmrlərdən yayınmalarını və ya qanun pozuntularını necə araşdıracağını bilən güclü və müstəqil bir məhkəmə sisteminə sahib olduğunu” iddia edən Gantz, “Amerikalı dostlarımıza böyük hörmətim var, lakin batalyona sanksiyalar tətbiq etmək təhlükəli bir presedent yaradır” deyə bildirib.

”Məntiqsiz”

İsrailin İmmiqrasiya və İnteqrasiya Naziri Ofir Sofer də X platformasında verdiyi açıqlamada bunları söylədi:

“ABŞ-ın Netzah Yehuda batalyonuna sanksiya qərarı verməsi ağlabatan deyil və düşmənlərimiz üçün gözlənilməz bir nəticədir”.

Sofer həmçinin Netzah Yehuda batalyonunu dəstəklədiyini vurğulayıb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Nyu Yorku Dublinə birləşdirən sirli portal açılıb

Aynur Camal

Hizbullah daha 2 İsrail tankını tank əleyhinə raketlərlə vurduğunu açıqladı

Bugün TV

Partlayış oldu: Bir çox sayda avtomobil yandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu