Baş xəbərDünya

Sanksiyaların 10-cu paketinin təfərrüatları məlum olub

Xarici Xəbərlər. 

Rusiyaya qarşı sanksiyaların 10-cu paketinin təfərrüatları məlum olub: banklar və gəmiçilik şirkəti də siyahıdadır.

Xarici KİV-nin məlumatına görə, Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketi çərçivəsində dörd banka, o cümlədən Alfa-Banka qarşı məhdudiyyətlər tətbiq edə bilər.

Sanksiyaya düşə biləcək digər bankların da adı açıqlanmır.

Həmçinin, yeni paketə 130 fiziki və hüquqi şəxs, o cümlədən vəzifəli şəxslər və jurnalistlər daxil edilə bilər.

Bundan əlavə, Aİ Rusiya Federasiyasına yük maşınları, tikinti texnikası və elektrik komponentlərinin ixracına qadağa qoyacaq. Yeni paketə Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinən BƏƏ-dən olan gəmiçilik şirkəti daxil ola bilər. Mənbə: Politico

Aynur Camal

Oxşar xəbərlər

Bir əsrdən sonra işıldayan qurdlar yenidən Şimali Yorkşirə qayıtdı

Aynur Camal

Suriyada Əsəd dövründə gizli nüvə reaktoru ilə bağlı yeni faktlar açıqlandı

Aynur Camal

Rusiya və Şimali Koreya arasında ilk avtomobil körpüsü açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu