25 C
Baku
3 İyul 2025, 11:25
DünyaSiyasət

Sauli Niinisto: “Finlandiyanın NATO-ya üzvlüyü heç bir ölkəyə qarşı deyil”

“Finlandiyanın NATO-ya üzvlüyü heç kimə qarşı yönəlməyib. Nə də ölkəmizin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələri sülh yolu ilə həll etməyə çalışan sabit bir dövlətdir. Bizim üçün vacib olan prinsiplər və dəyərlər gələcəkdə də xarici siyasətimizə rəhbərlik etməyə davam edəcək”.

Bugun.tv xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinisto Twitter-də dərc olunan bəyanatda bildirib.

Onun fikrincə, Helsinkinin bloka qoşulması Finlandiya tarixində “hərbi bloklara qoşulmama dövrü”nə son qoydu. Niinisto ölkəsinin NATO-ya üzvlüyünün İsveç olmadan tam olmadığını vurğulayıb.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Çin Tayvanın sərhədlərini pozdu

Aynur Camal

“Sülhün qurulmasında Çinin böyük rolu var”

Nigar Məmmədova

Aİ-dən xəbərdarlıq: Çinin Rusiyaya dəstəyi “birbaşa təhdiddir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu