Türkiyənin mədəniyyət simvoluna çevrilən çay son illərdə saxta məhsul təhlükəsi ilə üzləşib. Ucuz qiymətə satılan saxta çaylar həm dadını korlayır, həm də sağlamlıq üçün təhlükə yaradır.
Bəs saxta çayı necə aşkar etmək olar?
Evdə rahatlıqla edə biləcəyiniz sadə bir testlə çayınızın saxta olub olmadığını öyrənə bilərsiniz.
Çay Türkiyədə sadəcə bir içki deyil, ictimai həyatın, adət-ənənələrin, gündəlik söhbətlərin əvəzedilməz bir parçasıdır. Son illərdə yeməkdə artan saxtakarlıq çayda da müşahidə olunur. Məlum olub ki, bazarda satılan bəzi çaylar real deyil, tərkibində boyalar var. Normaldan xeyli aşağı qiymətə satılan məhsullar da sağlamlıq üçün risk yaradır. Bəs saxta çayı necə aşkar etmək olar?
Evdə 10 Dəqiqədə Çay Testi
İçdiyiniz çayın həqiqətən təbii olub olmadığını 10 dəqiqə ərzində anlaya bilərsiniz. Bu test üçün laboratoriyaya və ya bahalı avadanlıqlara ehtiyacınız yoxdur! Bir neçə sadə addımla evdə çayınızın keyfiyyətini özünüz yoxlaya bilərsiniz.
Bir çimdik kifayətdir
Saxta çayı aşkar etmək üçün sizə bir stəkan soyuq su və bir çimdik quru çay lazımdır. Bu testin tətbiqi üsulları olduqca asandır. Bir stəkan soyuq suya bir çimdik quru çay yarpağı əlavə etmək kifayətdir.Çay suya əlavə edildikdən dərhal sonra açıq-aydın sarı və ya qəhvəyi rəng verirsə, bu, məhsulun tərkibində boya olduğunun və keyfiyyətinin aşağı olduğunun göstəricisidir. Təxminən 10 dəqiqə ərzində tədricən və təbii olaraq rəngini itirirsə, bu, məhsulun qatqısız və keyfiyyətli çay olduğunun göstəricisidir.
Mənbə: Ahaber