Seneqal futbolu, Afrika Millətlər Kuboku, AFCON 2025, Mərakeş futbolu, İdman Arbitraj Məhkəməsi, futbol çempionluğu, beynəlxalq futbol, idman xəbərləri
İdman

Seneqalın Afrika Millətlər Kubokunun çempionluğu rəsmi olaraq bərpa edildi

İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra Seneqal 2025-ci il Afrika Millətlər Kubokunun (AFCON) çempionu titulunu yenidən əldə edib. Məhkəmə əvvəlki qərarı ləğv edərək turnirin finalında Seneqalın qazandığı 1:0 hesablı qələbəni qüvvədə saxlayıb.

Bugun.tv xatırladır ki, Seneqal yanvarın 18-də Mərakeşdə keçirilən finalda meydan sahiblərini əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmişdi. Lakin matçın son dəqiqələrində hakim Mərakeşin xeyrinə penalti təyin etdikdən sonra Seneqal futbolçuları etiraz əlaməti olaraq meydanı tərk etmişdilər. Qarşılaşma təxminən 15 dəqiqəlik fasilədən sonra bərpa olunmuş, Mərakeşin penalti zərbəsi isə dəqiq olmamışdı.

Afrika Futbol Konfederasiyasının apellyasiya orqanı mart ayında Seneqala texniki məğlubiyyət verərək Mərakeşi 3:0 hesablı qalib elan etmişdi. Lakin CAS noyabrın 24-də Seneqal Futbol Federasiyasının şikayətini təmin edərək həmin qərarı ləğv edib.

Mərakeş Futbol Federasiyası isə məhkəmənin qərarından İsveçrənin ali məhkəmə instansiyasında şikayət vermək niyyətində olduğunu açıqlayıb. Beləliklə, titul ətrafında hüquqi mübahisənin davam etməsi mümkündür.

Mənbə: ABC News

Aynur Camal

Oxşar xəbərlər

FHN əməkdaşı DİN-in cüdo üzrə açıq çempionatının qalibi olub

Aynur Camal

Saatlılı taekvondoçu ölkə birinciliyində qızıl nəticə göstərdi

Aynur Camal

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu