32 C
Baku
24 İyul 2024, 19:16
Baş xəbər

SEPAH-ın dəstək verdiyi şəxs prezident seçiləcək…

“İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd M. Pezeşkian və Ali dini rəhbərin milli təhlükəsizlik üzrə nümayəndəsi S. Cəlili arasında ikinci tur seçkiləri keçiriləcək. M. Pezeşkian Azərbaycan türkü, S. Cəlili farsdı”.

Bugun.tv -xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, İranda ötən günki seçkilərdə M. Pezeşkian qalib olub.

“İslahatçı kəsimin nümayəndəsinin prezident elan edilməsi, mühafizəkarların mövqeyini kifayət qədər zəiflədə bilər.

İranın Ali dini rəhbəri S. Ə. Xamenei öz müşaviri S. Cəlilin seçilməsində maraqlıdır. Həmçinin SEPAH və mühafizəkar qanad S. Cəlilini dəstəkləyir.

S. Cəlilini prezident elan etmək üçün seçkiləri ikinci tura saxladılar.

Müəyyən ümidlər var ki, M. Pezeşkian seçilərsə, azərbaycanlıların hüquqlarını bərpa edəcək. Bu xüsusda İran konustitusiyasından irəli gələn maddələri tətbiq edəcək. Unudurlar ki, İranın birinci şəxsi və prezidentin də tabe olduğu Ali dini rəhbəri S. Ə. Xamenei azərbaycan türküdür.

Məhz S. Xamenei azərbaycanlıların İran konustitusiya ilə verilən hüquqlarını bərpa etmir. Həmçinin Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün əleyhinədir. Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ona görə M. Pezeşkian prezident seçilərsə, ondan fövqəladə siyasət gözləməyə dəyməz”.

Məhəmməd Əsədullazadə MCP Başqan müavini

Bugün TV

Oxşar xəbərlər

Zaporojye sakinləri Rusiya pasportu alacaq

Nigar Məmmədova

KİV subyektləri vergitutmadan azad edilib

Aynur Camal

Sahibə Qafarova işgüzar səfərdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu