6 C
Baku
15 Yanvar 2025, 5:13
Baş xəbərSiyasət

SEPAH-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edilib

İranda SEPAH-a yaxın saytlar və Telegram kanalları Naxçıvan Muxtar Respublikası sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşdıqları barədə xəbər yayıb.

Lent.az -ın məlumatına görə, xəbərdə qeyd olunub ki, bunun üçün bölgəyə 300-dən çox hərbi texnika və tankın gətirilib.

Lakin İranın rəsmi xəbər agentliklərində  bu barədə heç bir yazıya rast gəlinməyib. Lakin Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə İran ordusunun yığdığı silah- sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edilib.

“SEPAHCYBERY” Telegram kanalının məlumatına görə, SEPAH rəhbərliyi Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşır.

Xatırladılıb ki, İran son vaxtlar Azərbaycan sərhədləri yaxınlığında daha iki təlim keçirib.

İran sərhəd qoşunlarının komandanı da Azərbaycanla sərhəddəki əsgərlərini yoxlamağa daha meyilli olub.

Aynur Camal

Oxşar xəbərlər

Gecə saatlarında qətl törədildi

Aynur Camal

Paşinyan yalan məlumatlar verməyə davam edir

Nigar Məmmədova

Təkrar emal fabrikində yanğın baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu