Baş xəbər

SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu

Azərbaycanda keçirilən Halal Biznes və Turizm Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) direktoru Zehra Zümrüd Selçukla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə statistika, iqtisadi və sosial araşdırmaların aparılmasında, təcrübə və texniki məlumatların mübadiləsində SESRIC-in mühüm rolunu qeyd edib.

Nazirliyin SESRIC-lə davamlı tərəfdaşlığa xüsusi önəm verdiyi vurğulanıb. Ötən ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə SESRIC arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın daha da genişlənməsinə imkan yaratdığı bildirilib.

İƏT-in Bakıda yaradılan Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb.

Z.Z.Selçuk iki qurum arasında əməkdaşlığın getdikcə genişlənməkdə olmasından məmnunluğunu ifadə edib. Görüşdə SESRIC-lə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, habelə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər mümkündür – Məhəmməd Əsədullazadə

Aynur Camal

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu