23 C
Baku
12 Sentyabr 2026, 22:12
Digər

Sevilyada lunapark faciəsi: “Steel Max”da qəza, 4 nəfər yaralandı

Sevilla şəhərində yerləşən lunaparkda “Steel Max” adlı ekstrem attraksionda baş verən qəza nəticəsində 2-si uşaq olmaqla 4 nəfər yaralanıb.

Hadisə şəhərdə hər il keçirilən ənənəvi yarmarka zamanı qeydə alınıb. Yüksək sürətlə işləyən və insanları havaya fırladan “Steel Max” oyuncağı qəfil nasazlıq səbəbindən təhlükəli vəziyyət yaradıb.

İP QIRILDI, DƏRİ DÖŞƏKÇƏYƏ ÇIRPILDI

Attraksionu saxlayan dəmir iplərdən biri qəfil qırılıb. Nəticədə tarazlığını itirən zəncir yüksək sürətlə yellənərək dayağa çırpılıb və havada asılı vəziyyətdə qalıb. Hadisə ərazidə panikaya səbəb olub.

YARALILAR ARASINDA UŞAQLAR DA VAR

Qəza zamanı oturacaqda olan 2 uşaq və yaxınlıqda olan daha 2 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasedicilər cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Rəsmi açıqlamaya görə, onların vəziyyəti stabildir.

Qəzanın ardından lunapark ərazisi bağlanıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Mütəxəssislər halatın qırılma səbəblərini araşdırır.

“STEEL MAX” NECƏ İŞLƏYİR

Məlumata görə, “Steel Max” elastik kabellər və yay sistemi ilə işləyən ekstrem attraksiondur. Bu sistem kapsulu saatda 160 km sürətlə 90 metrdən çox yüksəkliyə atmaq gücünə malikdir. Qəzanın da məhz bu yüksək gərginlikli mexanizm zamanı baş verdiyi bildirilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu