20 C
Baku
24 İyun 2025, 8:29
Siyasət

Sevinc Hüseynova: Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərində fəal rol alır

“Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı olduqca əhəmiyyətlidir. Ölkəmizin başçısının Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr, dövlətimizə və onun Liderinə olan yüksək səviyyəli münasibətin göstəricisidir. Qalib, ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüququ təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı faktor kimi çıxış edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi beynəlxalq tədbirə yüksək səviyyəli ev sahibliyi ilə özünün etibarlı tərəfdaş mövqeyini daha da gücləndirib”.

Bugun.tv – xəbər verir ki, bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Bakının ev sahibliyi ilə dünya ictimaiyyəti üçün olduqca vacib olan məsələlərin və təşəbbüslərin irəli sürülməsi, reallaşması ölkəmizin artan nüfuzundan xəbər verir: “Bu xüsusda Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir çox ölkə liderləri, hökumət başçıları, nüfuzlu şəxslər və siyasətçilərlə görüşləri böyük maraqla izlənilib. Sözsüz ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün platformalarda olduğu ki “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında özünün xarakterini bir daha nümayiş etdirdi. Tiranada ölkəmizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşün də vacib müzakirələr aparılıb. “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyevin iştirakı bu xüsusda mühüm əhəmiyətə malikdir. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub. Bu gün “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir”.

Təftiş Komissiyasının sədri, Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş naziri Edi Rama arasında görüşün vacibliyini qeyd edib: “Dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan bəhs edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb. Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşündə hazırkı sülh danışıqları mövzusu müzakirə olunub. Eyni zamanda Azərbaycan Prezidenti Zirvə toplantısı çərçivəsində səmimi ortamda apardığı görüşlər, dialoqlar Avropa və dünya miqyasında ölkəmizin güclənən mövqeyinin ifadəsi kimi xarakterizə edilir”.

Sevinc Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun regional sabitliyin təmin olunmasında, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb: “Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Sözsüz ki, bu amil indiki geosiyasi qeyri-sabitlik dövründə xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihələr Avropanın enerji təchizatının şaxələndirilməsinə və bu qitə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verib. Reallıq odur ki, Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitində ölkəmizin iştirakı çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun növbəti uğurudur. Məhz bu amil Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini təzahür etdirir. 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərində fəal rol alır. Qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün Azərbaycanın bu yeni platformalarda maraqlı tərəf kimi iştirakına zəmin yaradıb. Sözsüz ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunun növbəti mərhələsi hesab edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərq-Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirir. Bununla da Azərbaycan çoxvektorlu xarici siyasət modelini ortaya qoymuş olur”.

Mənbə: Sabahinfo.az

Aynur Camal

Oxşar xəbərlər

Milli Məclisin deputatı Məlahət İbrahimqızı seçicilərlə görüş keçirəcək

Aynur Camal

Putin Qərb ölkələrinə qarşı Böyük Avrasiya layihəsi yaradır.

Bugün TV

Zurabişvili: “Mən hökumətin qanun layihəsini geri götürməsini alqışlayıram”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu