Baş xəbərDünya

Siçan Ronin 109 mina aşkar edərək dünya rekordu qırır

Kambocada xidmət edən təlim keçmiş siçan Ronin 109 mina və 15 sursat taparaq rekord qırıb. Xüsusi qoxu təhsili almış siçanlar müharibə qalıqlarının təmizlənməsində mühüm rol oynayır.

Siçovulların adətən yaxşı reputasiyası olmasa da, Tanzaniya əsilli Ronin bunu dəyişmək üzrədir. Xüsusi təlim keçmiş Ronin qoxu qabiliyyəti ilə gizli minaları aşkar edir və insanların həyatını xilas edir.

Afrika nəhəngi kisəli siçovul olan Ronin 2021-ci ilin avqustundan 2025-ci ilin fevralına qədər Kambocanın Siem Reap şəhərində 109 mina və 15 partlamamış hərbi sursat aşkar edərək dünya rekordu qırdı. Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənən müvəffəqiyyət, bu sahədə ən çox aşkarlama sayı olaraq qeyd edildi.

Minalar hələ də böyük təhlükə yaradır

Minalar hələ də keçmiş döyüş bölgələrində minlərlə insanın həyatına son qoyur. 1979-cu ildən bəri Kambocada minalardan 65 mindən çox insan həlak olub və ya yaralanıb.

Minaların aşkarlanması olduqca təhlükəli və zəhmətlidir. Halbuki siçanların bu mövzuda böyük üstünlüyü var: Çox yüngül olduqları üçün minaları işə salmırlar, yüksək zəkaları və qoxu duyğuları sayəsində asanlıqla partlayıcı tapa bilirlər.

Ronin kimi siçanlar 4 günü 30 dəqiqəyə qədər azaldır

Ronin Belçikada yerləşən APOPO adlı qeyri-hökumət təşkilatı tərəfindən təlim keçmişdi. Bu təşkilatın öyrətdiyi 100-dən çox siçan həm minaların aşkarlanmasında, həm də vərəm kimi xəstəliklərin diaqnostikasında istifadə olunur.

Ronin də daxil olmaqla komanda cəmi 30 dəqiqə ərzində tennis kortu boyda ərazini skan edə bilir. İnsan eksperti detektorla eyni işi görürsə, bu proses 4 gün çəkə bilər.

Kambocada təhlükə davam edir

Ronin mina sıxlığının ən yüksək olduğu ərazilərdən biri olan Preah Vihear əyalətində yerləşdirilib. Bu ərazi 20-ci əsrdəki münaqişələr, xüsusən Vyetnam müharibəsi zamanı ABŞ-ın bombardmanları səbəbindən çox çirklənmişdir.

Təkcə Kambocada hələ də yeraltı 4-6 milyon mina olduğu təxmin edilir.

O, rekordu Maqavadan götürdü

Ronin rekordu eyni təşkilat tərəfindən öyrədilmiş və 2022-ci ildə ölən Maqava adlı siçandan götürmüşdür. Maqava 5 il ərzində 71 mina və 38 partlamamış hərbi sursat aşkar etmişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

De ki, orada olacaqsan: Spice Girls dünya turu üçün yenidən bir araya gələcək

Aynur Camal

Deputat Fazil Mustafa ifadə verdi

Aynur Camal

ABŞ-da prezidentliyə yeni namizəd

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu