Baş xəbərHadisə

Siçanlar Amazonun Fransadakı anbarını “zəbt edib”lər

Bugun.tv xəbər verir ki, Fransanın Orlean şəhəri yaxınlığındakı Amazon anbarının uzun müddətdir ki, siçovulların “işğal”ına məruz qaldığını göstərən görüntülər yayımlanıb. Fransanın BFMTV kanalının yaydığı kadrlarda şəhərin Saran rayonunda Amazon-un məhsullarının, o cümlədən ərzaq materiallarının saxlandığı anbarda qutuların arasında siçovulların qaçması müşahidə olunur.

Sözügedən anbarda çalışan şirkətin əməkdaşı xəstəliyə yoluxmaqdan qorxduqlarını və səlahiyyətlilərin vəziyyətlə o qədər də maraqlanmadığını bildirib.

İşçilərin bağlı olduğu həmkarlar ittifaqının nümayəndələrindən Jan Silver Gilon anbardakı siçanlardan xilas olmaq üçün görülən tədbirlərin qeyri-kafi olduğunu və daha təsirli həll yollarına ehtiyac olduğunu bildirib.

Amazon isə anbarda dəfələrlə zərərvericilərlə mübarizə qrupunun işlədiyini, siçanlarla təmasda olan bağlamaların müştərilərə göndərilmədiyini iddia edib.

Mənbə: BFM TV

Bugün TV

Oxşar xəbərlər

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Rza Pəhləvi: “Rejim dəyişikliyinə çox yaxınlaşmışıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu