“Dünya ticarətində açıqlıq prinsipləri ciddi şəkildə zədələnib. Bunlar təkcə bir ilin nəticələri deyil və bütövlükdə qlobal ticarətə uzunmüddətli təsir göstərəcək”.
Bugun.tv TASS-a istinadən xəbər verir ki. bunu Rusiyanın Maliyyə naziri Anton Siluanov RT-yə müsahibəsində bildirib.
O, qeyd edib ki, sanksiyalar Rusiya ilə yanaşı, onları tətbiq edən ölkələrə və ümumilikdə, qlobal ticarətə ziyan vuracaq.
“Əvvəla, biz xarici aktivlərimizin – qızıl və valyuta ehtiyatlarımızın dondurulduğunu, sanksiyalara məruz qalan şirkətlərin aktivlərinin dondurulduğunu müşahidə etdik. Bu, hesablaşma mexanizminə inamı azaldıb. Xüsusilə, ixracatçılarımızın logistikasına və xərclərinə ziyan dəyib. Zərər bizə lazım olan malların idxalına vahid məhdudiyyətlərin tətbiqi nəticəsində baş verib”, – Siluanov izah edib.
Nazirin sözlərinə görə, Rusiya elə bir sistem inkişaf etdirməlidir ki, heç bir sanksiyalar, maliyyə bazarına mənfi təsir göstərməsin.
“Bu, ilk növbədə şirkətlərimizin büdcə planlarına və istehsal təşəbbüslərinə aiddir”, – o, vurğulayıb. Bildirib ki, bunun üçün maliyyə təhlükəsizliyinin və müstəqilliyin təmin edilməsi lazımdır.
“Biz həm fiskal qayda, həm də aşağı borc daxil olmaqla məsuliyyətli siyasət apardıq. 2023-cü ilin əvvəlində borcumuz ÜDM-in 15,1%-ni təşkil edib. Bu, bizim üstünlüyümüzdür. Çünki o, bizə maliyyə bazarı əməliyyatları, borclanma imkanları və gələcək büdcə xərclərinin maliyyələşdirilməsi baxımından manevr etməyə imkan verir”, – Siluanov bildirib.