Bugün.tv REUTERS-ə istinadən xəbər verir ki, Rusiyadan Avropaya Baltik dənizinin dibi ilə uzanan “Şimal axını” qaz kəmərində qəflətən baş verən böyük sızmalar bir çox nəzəriyyələrin yaranmasına səbəb olub. lakin qəzanın kim və nə səbəbə törədilməsinə dair dəqiq cavablar az olub.
KİM İTTİHAM EDİLİR?
İndiyədək əksər hökumətlər və məmurlar birbaşa ittihamlardan yayınıblar, baxmayaraq ki, bəziləri digərlərindən daha güclü eyhamlar edib.
Avropa Birliyi dövlətləri zərərin təxribat nəticəsində baş verdiyinə inandıqlarını deyirlər. lakin heç kimin adını çəkmirlər. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bunun arxasında kimin dayandığının “tamamilə aydın olduğunu” deyib, lakin onun kim olduğunu açıqlamayıb.
Kreml Rusiyanın məsuliyyəti ilə bağlı ittihamları “axmaqlıq” adlandırıb. Rusiya rəsmiləri isə Vaşinqtonun Avropaya daha çox mayeləşdirilmiş təbii qaz (LNG) satmaq istəməsi ilə bağlı motivinin olduğunu bildirib.
Prezident Vladimir Putin insidenti “görünməmiş təxribat” və “beynəlxalq terror aktı” adlandırıb. Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkin isə Qərbin günahkarları ört-basdır etmək üçün “mümkün olan hər şeyi” etdiyini bildirib.
Ağ Ev onun irəli sürdüyü ittihamları rədd edib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin tam təhqiqatın aparılmasının lazım olduğunu bildirib.
“Hücum və ya boru kəmərinin zədələnməsi ilə bağlı, mən hesab edirəm ki, hazırda çoxlu spekulyasiyalar var” deyə o, bildirib.