27 C
Baku
27 İyul 2024, 3:23
Dünya

Şimali Koreyanın peyk buraxma cəhdi uğursuz oldu

Şimali Koreya raket daşıyıcısının havada partlaması səbəbindən kəşfiyyat peykini orbitə çıxarmaq cəhdinin uğursuzluğa düçar olduğunu açıqlayıb.

Son silah sınağı ilə bağlı açıqlama dünən gecə naməlum raket atmış Şimali Koreyadan gəlib. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə, Milli Aeronavtika və Kosmik Texnologiyalar İdarəsi (NATA) tərəfindən “Malligyong-1-1” adlı kəşfiyyat peykinin buraxılış sınağı həyata keçirildiyi bildirilib. Şimali Phyonqan əyalətindəki Sohae Peyk Atma Sahəsində həyata keçirilən sınaqda yeni hazırlanmış peyk daşıyıcı raketdən istifadə edildiyi bildirilib və raketin buraxılışdan qısa müddət sonra havada partladığı bildirilib. İlkin araşdırmalarda qəzanın maye oksigen və benzin mühərrikində yaranan nasazlığın səbəb olduğu müəyyən edilib və hadisə ilə bağlı ətraflı araşdırmalara başlanıldığı bildirilib.

Yaponiya Sahil Mühafizə Qüvvələrini (JCG) xəbərdar edən Şimali Koreya, 27 May – 3 İyun tarixləri arasında peyk buraxmağa cəhd edəcəyini açıqladı və dünən gecə saat 22.44-də Pxenyanın Sarı dənizə doğru naməlum raket atdığı bildirildi. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimali Koreyanın peyk daşıyıcı raket atdığının qiymətləndirildiyi bildirilib.

Şimali Koreya keçən ilin may və avqust aylarında iki uğursuz buraxılış cəhdindən sonra özünün “Malligyong-1” adlı casus peykini noyabr ayında orbitə uğurla yerləşdirdiyini açıqlayıb. Pxenyan administrasiyası 2024-cü ildə orbitə yeni peyklər göndərməyi hədəflədiyini açıqlayıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Türkiyəli aktyor vəfat etdi

Nigar Məmmədova

“Gələcək də Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”

Aynur Camal

Fələstinlilərə məxsus 441 hektar ərazi ələ keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu