15.7 C
Baku
17 May 2025, 0:47
Baş xəbər

Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək

Bugun.tv -xəbər verir ki,  Milli Məclisin deputatı Fatma Yıldırım müsahibəsində Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri haqqında danışıb.

Deputat bildirib ki, bu görüş ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

“Hazırda ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edir. Enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə önəmli yer tutur.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, Avropa Azərbaycan qazına ehtiyac duyur. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.

Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılıb.

Hesab edirəm ki, Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcək”.

Fatma Yıldırım

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

25 iyun “Dəniz Günü”

Bugün TV

Makron: Fransa Livanın yeni Qəzzaya çevrilməsinə qarşıdır

Aynur Camal

Xocalı soyqırımı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu