Baş xəbərDünya

Sionist rejim Qəzzada hücumlarını davam etdirir: 16 şəhid

Qəzzada qətliam və soyqırımını davam etdirən sionist işğal rejimi qadın və uşaqların da olduğu daha 16 fələstinlini şəhid edib.

Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, işğalçıların silahlı pilotsuz uçuş aparatlarının (PUA) Deyr əl-Belahın şərqində həyata keçirdiyi hücumlarda 4 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Nuseyratda əs-Saidi ailəsinin evinə edilən hücumda biri qız olmaqla 6 fələstinli həyatını itirib.

Qəzzanın cənubundakı Xan Yunus və Rəfah şəhərlərinə edilən hücumlarda 6 fələstinli şəhid olub.

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi işğalçı sionist rejimin hücumlarında indiyədək 40 min 99 nəfərin şəhid olduğunu açıqlayıb.

Yaralananların sayının 92 min 609-a yüksəldiyi bildirilib.

Mənbə:  İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu