Dünya

Sky ITV-nin yayım biznesini 1,6 milyard funt sterlinqə alır

Böyük Britaniyanın media sektorunda son illərin ən iri sövdələşmələrindən biri baş tutub.

Bugun.tv xəbər verir ki, Comcast şirkətinə məxsus Sky televiziya şirkəti ITV-nin media və yayım biznesini 1,6 milyard funt sterlinqə satın almaq barədə razılığa gəlib.

Məlumata görə, sövdələşməyə ITV-nin yerüstü televiziya kanalları və ITVX yayım platforması daxildir. Bununla yanaşı, şirkətin televiziya proqramları istehsal edən ITV Studios bölməsi satışa daxil edilməyib və müstəqil fəaliyyətini davam etdirəcək.

Sky rəhbərliyi bildirib ki, birləşmə qlobal yayım platformaları – Netflix, YouTube, Amazon və Disney kimi şirkətlərlə rəqabəti gücləndirmək məqsədi daşıyır. Razılaşma qüvvəyə mindikdən sonra yeni qurum Böyük Britaniyanın ən iri kommersiya yayım şirkətlərindən birinə çevriləcək.

Razılaşmaya əsasən, Sky yaxın beş il ərzində ITV Studios-dan məzmun alınmasına azı 2,1 milyard funt sterlinq ayıracaq. Eyni zamanda, ITV-nin ictimai yayım öhdəlikləri və ITV News-un redaksiya müstəqilliyinin qorunacağı bildirilib.

Sövdələşmənin tamamlanması üçün Böyük Britaniyanın tənzimləyici qurumlarının təsdiqi tələb olunur.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu