24 C
Baku
22 Sentyabr 2026, 11:16
Dünya

Sky News: Ukraynada yeraltı PUA istehsalı şəbəkəsi fəaliyyət göstərir

Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün yeraltı müəssisələrdən ibarət şəbəkə fəaliyyət göstərir.

Bugun.tv xəbər verir ki, bu barədə Britaniyanın Sky News televiziya kanalı yeraltı istehsal müəssisələrindən birindən hazırladığı reportajda məlumat yayıb.

Telekanalın müxbiri Stüart Ramzayın sözlərinə görə, təhlükəsizlik səbəbindən yeri açıqlanmayan müəssisədə uzun mənzilli pilotsuz uçuş aparatları istehsal olunur. Bildirilir ki, şəbəkənin müəssisələrində gündəlik 200-dən çox dron hazırlanır. Reportaj zamanı yeni nəsil FP1 pilotsuz uçuş aparatı da nümayiş etdirilib.

Məlumata görə, Ukrayna son aylarda hərbi istehsal və logistika infrastrukturunu qorumaq məqsədilə istehsal obyektlərini müxtəlif gizli məkanlarda yerləşdirməyə çalışır.

Eyni zamanda, Forbes Ukraine nəşri yazır ki, iyulun əvvəlindən bəri baş verən partlayışlar və yanğınlar nəticəsində ölkədə dağıdılmış anbar və logistika mərkəzlərinin ümumi sahəsi 400 min kvadratmetrdən çox olub. Avqustun 5-də Ukraynanın Baş naziri Sergey Koretski logistika sisteminin bərpasını sürətləndirmək üçün biznes nümayəndələri ilə təcili görüşlər keçiriləcəyini açıqlayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

2 milyarddan çox İtaliya lirəsi miras qaldı, amma pula çevrilə bilmir

Aynur Camal

CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

Ukrayna: Rusiyanın neft emalı gücü 45 faizindən çoxu sıradan çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu