Digər

Smartfonla Ayı necə düzgün çəkmək olar? – Sadə üsullar açıqlandı

Smartfonla Ayın fotosunu çəkərkən onun əvəzinə ağ ləkə alınması bir çoxlarının qarşılaşdığı problemdir. Bu isə cihaz nasazlığı deyil, fiziki amillərlə bağlıdır.

Mütəxəssislərin fikrincə, Ay səmada kiçik obyekt olduğu üçün telefon kamerası onu çox uzaqda və kiçik ölçüdə qeydə alır. Üstəlik, Ay Günəş işığını əks etdirdiyinə görə çox parlaq görünür və bu da kameranın avtomatik rejimdə ekspozisiyanı artıraraq detalları “yandırmasına” səbəb olur. Atmosferdəki hava qatları və istilik dalğalanmaları da görüntünün keyfiyyətini azaldır.

Astrofotoqraf Alex Cherney isə daha keyfiyyətli şəkil əldə etmək üçün bir neçə vacib addımı tövsiyə edir:

Hazırlıq:

Aydın hava şəraiti seçilməli, isti səthlərdən uzaq durulmalıdır. Telefon üçün tripod və ya sabit dayaq istifadə etmək vacibdir. Ayın tam dolu deyil, yarım və ya hilal fazasında çəkilməsi daha yaxşı nəticə verir.

Kamera ayarları:

Flaş söndürülməli, ekspozisiya əl ilə azaldılmalıdır. Mümkünsə fokus manual rejimə keçirilməlidir. Gecə rejimindən istifadə etmək tövsiyə edilmir, çünki bu, səmanı süni şəkildə işıqlandıraraq Ayı bulanıq göstərə bilər.

Çəkiliş prosesi:

Telefon titrəməsinin qarşısını almaq üçün taymerdən istifadə etmək lazımdır. Optik zoom üstünlük təşkil edir, rəqəmsal zoom isə keyfiyyəti azalda bilər.

Son emal:

Şəkil çəkildikdən sonra kəsilərək Ay mərkəzə gətirilməli, kontrast və kəskinlik artırılmalıdır.

Mütəxəssislər qeyd edir ki, bütün bu qaydalara baxmayaraq görüntü yenə də qeyri-dəqiq alınırsa, səbəb atmosfer şəraiti ola bilər. Bu halda çəkilişi başqa vaxt təkrarlamaq məsləhətdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu