Digər

Smartfonlar və tibbi avadanlıqlar üçün virusları məhv edən xüsusi plyonka hazırlandı

Avstraliyalı alimlər virusları təmas zamanı məhv edə bilən yeni tip nazik plastik plyonka hazırlayıblar. Bu texnologiya səthlər vasitəsilə yayılan infeksiyaların qarşısının alınmasında mühüm rol oynaya bilər.

Yeni material ənənəvi metal və ya silikon əsaslı örtüklərdən fərqli olaraq kimyəvi deyil, mexaniki prinsipə əsaslanır. Plyonkanın səthi mikroskopik nanostolbiklərlə örtülüb. Bu nanostrukturlar virusun xarici qabığını dartaraq parçalayır və onun məhv olmasına səbəb olur.

Tədqiqat zamanı İnsan parainfluenza virusu tip 3 üzərində aparılan sınaqlarda virus hissəciklərinin təxminən 94 faizi bir saat ərzində ya tam məhv edilib, ya da çox zəiflədilərək çoxalma qabiliyyətini itirib.

Alimlər müəyyən ediblər ki, effektivlik nanostolbiklərin hündürlüyündən deyil, aralarındakı məsafədən asılıdır. Ən yaxşı nəticə təxminən 60 nanometr məsafədə əldə olunub. Bu məsafə artdıqca plyonkanın viruslara təsiri zəifləyir.

Layihənin aparıcı müəllifi Samson Ma bildirib ki, bu plyonka ucuz və elastik plastikdən hazırlanır və sənaye miqyasında istehsalı mümkündür. Bu da onun smartfon ekranları, klaviaturalar, qapı tutacaqları və xəstəxana avadanlıqları kimi müxtəlif səthlərdə geniş tətbiqinə imkan yaradır.

Tədqiqatın həmmüəllifi Elena Ivanova isə qeyd edib ki, hazırda texnologiya əsasən örtüklü viruslar üzərində sınaqdan keçirilib. Gələcəkdə daha kiçik və qoruyucu qatı olmayan viruslara qarşı effektivliyi də yoxlanılacaq.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu