16 C
Baku
22 Aprel 2026, 16:40
Digər

Psixologiyanın nəbzi Bakıda: Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Kanal 20 TV.az xəbər verir ki, 24–25 aprel 2026-cı il tarixlərində Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı təşkil olunacaq.

Universitetin Psixologiya departamentinin təşəbbüsü ilə keçirilən konfrans psixologiya sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirməyi hədəfləyir.

Həmçinin Bugun.tv-yə daxil olan məlumata görə, iki gün davam edəcək konfrans çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş alim və ekspertlərin iştirakı nəzərdə tutulur.

Tədbir nəzəri və praktiki hissələrdən ibarət olacaq: iştirakçılar elmi məruzələr və panel müzakirələrdə iştirak etməklə yanaşı, praktiki seminarlar və təlimlər vasitəsilə biliklərini inkişaf etdirmək imkanı əldə edəcəklər.

Konfransın əsas məqsədi yerli və xarici alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları təşviq etmək və beynəlxalq səviyyədə bilik mübadiləsini genişləndirməkdir. Bu platforma həmçinin Azərbaycanda psixologiya elminin və praktikasının inkişafına töhfə verməyi hədəfləyir.

Konfransın vizyonu psixologiya sahəsində fəaliyyət göstərən alimləri, mütəxəssisləri və tələbələri bir platformada birləşdirərək fənlərarası əlaqələri inkişaf etdirmək, mədəni müxtəlifliyi təşviq edən və ictimai rifahın yüksəldilməsinə xidmət edən elmi tədqiqatları ön plana çıxarmaqdır.

Konfrans çərçivəsində klinik psixologiya, təhsil psixologiyası, sosial psixologiya, neyroelm, uşaq psixologiyası və digər istiqamətlər üzrə müzakirələr aparılacaq.

Təşkilatçılar bütün maraqlanan şəxsləri bu nüfuzlu elmi tədbirdə iştirak etməyə dəvət edir.

Mənbə: Kanal 20TV

Aynur Camal

Oxşar xəbərlər

Smartfonlar və tibbi avadanlıqlar üçün virusları məhv edən xüsusi plyonka hazırlandı

Aynur Camal

İran qüvvələri Oman dənizində konteyner gəmisinə atəş açdı

Aynur Camal

Kurskda yaşayış binası yaxınlığına pilotsuz uçuş aparatı düşdü, təxliyə aparıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu