Birləşmiş Millətlər Təşkilatınin Somali üzrə humanitar koordinatoru Corc Konvey bildirib ki, ölkədə davam edən quraqlıq səbəbindən aclıq və qidalanma çatışmazlığı getdikcə ağırlaşır. Onun sözlərinə görə, yaxın dövrdə təxminən 6,5 milyon nəfər ciddi ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşa bilər.
Konvey Somaliyə səfəri zamanı hökumət nümayəndələri, humanitar qurumlar və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşdüyünü bildirib. O qeyd edib ki, ölkənin müxtəlif bölgələrində vəziyyət yerində araşdırılıb və mənzərə narahatedicidir.
Məlumata görə, son üç ildə zəif yağıntılar Somali əhalisinin həyatına ciddi təsir göstərib. Bəzi bölgələrdə yağışların başlaması müəyyən ümid yaratsa da, bu, hələlik humanitar vəziyyətdə nəzərəçarpacaq dəyişiklik yaratmayıb.
Somalidə hazırda təxminən 2 milyon insan artıq təcili səviyyədə aclıq və qida çatışmazlığı ilə üzləşib. Bundan əlavə, 2 milyona yaxın uşağın da yetərsiz qidalanma riski altında olduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatı rəsmiləri xəbərdarlıq edir ki, təcili beynəlxalq yardım göstərilməzsə, ölkədə humanitar böhran daha da dərinləşə bilər.
Mənbə: Anadolu Agentliyi
