25 C
Baku
27 İyul 2024, 7:41
Dünya

Son 40 ilin ən güclü zəlzələləri panikaya səbəb olub

İtaliyanın cənubundakı Neapol şəhərində çoxsaylı zəlzələlər sakinlər arasında panikaya səbəb olub.

İtaliyanın cənubunda, Neapol şəhəri yaxınlığındakı Campi Flegrei bölgəsi son dörd onilliyin ən güclü təkanları olan onlarla zəlzələ ilə sarsıldı.

Zəlzələlər böyük dağıntılara səbəb olmasa da, vulkanik aktivliyin intensiv olduğu Campi Flegreidə yaşayanlar arasında panikaya səbəb olub.

Qədim vulkanik kraterlərdən ibarət olan Campi Flegrei-də seysmik aktivlik son illərdə daha da güclənib.

Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, ötən gün 4,2 bal gücündə zəlzələdən sonra bölgədə onlarla təkan baş verib.

İnstitut bildirib ki, silsilə sarsıntılar “son 40 ilin ən güclüsüdür”.

Campi Flegrei, Neapolun bir hissəsi də daxil olmaqla, ən çox risk altında olan yeddi əhali mərkəzində ən azı 360,000 insana ev sahibliyi edir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Bina yanğını baş verdi: 3 nəfər öldü, 21 nəfər yaralandı

Bugün TV

Avtomobil yük maşınına çırpıldı: ölən və yaralananlar var

Nigar Məmmədova

Qızların fotolarını nalayiq görüntülərə çevirdiyinə görə cəzaya məhkum edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu