Dünya

Son xəbərlər | Tibb üzrə Nobel mükafatı öz qalibini tapdı

Amerikalılar Viktor Ambros və Qari Ruvkun “mikroRNT və gen tənzimlənməsinin kəşfi” mövzusundakı işlərinə görə 2024-cü il Nobel Tibb Mükafatını qazanıblar.

2024-cü il Tibb üzrə Nobel Mükafatı öz qaliblərini tapıb. Tibb üzrə Nobel mükafatı bu il amerikalılar Viktor Ambros və Gary Ruvkun-a mikroRNT-nin kəşfinə və genlərin redaktəsi ilə bağlı işlərinə görə verilib. İkili gen tənzimlənməsində mühüm rol oynayan yeni kiçik RNT molekulu olan mikroRNT-ni kəşf etdi və onların tapıntıları yeni bir gen tənzimləmə prinsipini ortaya qoyub.

Sözügedən araşdırma göstərdi ki, mikroRNT-lər çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün zəruridir və orqanizmlərin inkişafı və fəaliyyətində mühüm rol oynayır.

Digər tərəfdən Tibb üzrə Nobel mükafatı keçən il mRNT-nin inkişafına səbəb olan tədqiqatlar aparan 68 yaşlı macar əsilli alim Katalin Kariko və 64 yaşlı amerikalı alim Drew Weissmana verilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

G7 enerji qiymətlərini azaltmaq üçün 100 milyon barel neft ehtiyatını bazara çıxaracaq

Aynur Camal

BMT Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təcili addımlar atmağa çağırdı

Aynur Camal

İtaliya Aİ-nin Qırmızı dənizdəki missiyasının kifayət etmədiyini bildirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu