16 C
Baku
8 Noyabr 2024, 16:36
Baş xəbərDünya

Sosial mediadan istifadəyə yaş məhdudiyyəti qoyuldu

Norveçin baş naziri Jonas Gahr Store uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq üçün sosial mediadan istifadə yaş həddini 15-ə qaldırmağı planlaşdırdığını açıqlayıb.

Uşaqların sosial mediadan istifadə yaşı bütün dünyada müzakirə olunan mövzuya çevrilib.

Bir çox ölkədə sosial mediadan istifadə yaşı ilə bağlı araşdırmalar aparılır.

Norveç uşaqlara yaş məhdudiyyəti qoyan ölkələr sırasındadır.

SOSİAL MEDİA İSTİFADƏ YAŞI 15 YAŞ OLACAQ

Norveçin baş naziri Jonas Gahr Store bildirib ki, yeni qaydalar texnologiya şirkətlərinin 15 yaşdan kiçiklərdən şəxsi məlumat toplamasının qarşısını alacaq və bu, Netflix kimi şirkətlərə də şamil ediləcək.

Norveçdə sosial mediadan istifadə üçün aşağı yaş həddi 13 olaraq müəyyən edilib.

Ölkənin media tənzimləyicisinin sözlərinə görə, mövcud məhdudiyyətlərə baxmayaraq, Norveçdə 9 yaşlı uşaqların yarıdan çoxu sosial mediadan aktiv istifadə edir və uşaqlar çox vaxt məhdudiyyətləri asanlıqla keçə bilirlər.

Baş Nazir Store yerli VG xəbər agentliyinə deyib: “Bu, çox güclü mesaj verir. Uşaqlar sosial mediadakı zərərli məzmundan qorunmalıdır. Biz bunun çətin bir mübarizə olduğunu bilirik. Çünki burada dominant qüvvələr var, amma siyasət də burda lazımdır” deyib.

Ailə naziri Kjersti Toppe deyib: “Valideynlər texnologiya nəhəngləri ilə mübarizədə təkbaşına dayana bilməzlər. Ona görə də biz daha sərt qanunvericilik üzərində düşünürük”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Psixoloq: “Uşaqlar smartfonlardan nəzarətsiz istifadə etməməlidir”

Aynur Camal

Şimali İraqda PKK/KCK-ya qarşı nöqtə əməliyyatı keçirildi

Nigar Məmmədova

Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda fəaliyyəti davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu