35 C
Baku
20 İyul 2025, 12:43
Baş xəbərSosial

Sosial sığorta daxilolmalarında artım müşahidə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev və qazaxıstanlı Kasım-Jomart Tokayevlə birgə əməkdaşlıq sənədlərini imzalayıb

Nigar Məmmədova

Azyaşlıları elektrik cərəyanı vurdu 

Kəmalə Sultan

Co Baydendən sizi güldürməyən zarafat: Mən iş axtarıram

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu