25 C
Baku
27 İyul 2024, 3:49
Baş xəbər

Sosioloji Tədqiqatlar Mərkəzi 125 seçki məntəqəsində “exit-poll” keçirir

Bugun.tv xəbər verir ki, Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirir.

“Report” xəbər verir ki, “exit-poll” üçün üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “Rəy” Monitorinq Mərkəzi və STM akkreditasiyaya alınıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir.

Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, “Rəy” Monitorinq Mərkəzi isə 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirir.

Xatırladaq ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 

Aynur Camal

Oxşar xəbərlər

Tüstü basmış vaqondan xilas olmaq üçün şüşələri sındırdılar

Aynur Camal

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Bugün TV

Rusiya bu ay Kiyevə raket hücumlarının doqquzuncu dalğasına başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu