25 C
Baku
27 İyul 2024, 4:34
Dünya

Şotlandiyada liderlik kürsüsünə kim oturdu?

Şotlandiyada hakimiyyətdə olan Şotlandiya Milli Partiyasından (SNP) istefa verən Həmzə Yusifin boşaldığı liderlik kürsüsünə keçmiş baş nazirin müavini Con Svinninin keçəcəyi açıqlanıb.

Şotlandiya Milli Partiyasından (SNP) verilən açıqlamaya görə, Şotlandiya Regional Baş naziri və SNP lideri Həmzə Yusifin yerinə partiya lideri olacaq şəxs üçün namizədlik müraciəti yerli vaxtla saat 12:00-da başa çatıb.

Keçmiş Baş nazirin müavini və 2000-2004-cü illərdə SNP lideri olan Con Svinninin vahid namizəd olduğu və yenidən partiyaya rəhbərlik edəcəyi açıqlanıb.

Yeni SNP liderinin parlamentdəki səsvermədən sonra Şotlandiyanın regional baş naziri olacağı gözlənilir.

Baş nazir Yusuf, yeni SNP liderini mövzusunda paylaşdığı bir video ilə təbrik edib. Həmçinin Yusif müstəqillik yolunda sadə bir millət vəkili kimi Svinini dəstəkləyəcəyini bildirib.

Digər namizədlər, Kate Forbes, keçən həftə elan etdi və Gream McCormick dünən namizəd olmayacaqlarını, lakin Swinney’i dəstəkləyəcəklərini açıqladılar.

Yusuf aprelin 29-da istefa verdikdən sonra SNP-dən bir çox siyasətçi liderliyə namizəd kimi qeyd olundu. Onların arasında İngiltərə parlamentindəki SNP-nin lideri Stiven Flinn də Svinini dəstəkləyəcəyini bəyan edib.

Həmzə Yusifin istefa qərarı SNP-nin hakim partnyoru Şotlandiya Yaşıllar Partiyası ilə güc bölgüsü razılaşmasını dayandırdıqdan sonra verilib.

SNP və Şotlandiya Yaşıllar Partiyası emissiya hədəfləri ilə bağlı fikir ayrılığından sonra 3 ildir davam edən koalisiyanı pozmağa qərar verdi. Yusif Yaşıllar Partiyasının həmsədrlərini də hökumətdəki vəzifələrindən uzaqlaşdırıb.

2023-cü il martın 27-də Şotlandiyanın keçmiş regional baş naziri və SNP lideri Nikola Sturgeon-un istefasından sonra başlayan liderlik yarışında qalib gələn Yusuf iki gün sonra and içərək vəzifəsinin icrasına martın 29-da rəsmi olaraq başlayıb və “Şotlandiyanın ilk müsəlman baş naziri” olub.

 Qeyd edilib ki, Həmzə Yusifin atası pakistanlı olub və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub.

Mənbə: Ntv.Tr

Kəmalə Sultan

Oxşar xəbərlər

Küveytdə cəsədlərin dəfni ilə bağlı qərar qəbul edildi

Bugün TV

İsveç parlamenti NATO qanun layihəsini təsdiqlədi

Nigar Məmmədova

İldırımın vurduğu iki evdə yanğın olub – FOTO

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu