27 C
Baku
27 İyul 2024, 3:22
Dünya

Soyqırımın yeni ünvanı Rifah! İsrail reaktiv və artilleriya atəşi ilə ölümlərə səbəb olur…

İsrail ordusu Rəfahı reaktiv təyyarələr və havadan artilleriya atəşi ilə vurur. Soyqırım hərəkatında son 24 saatda həyata keçirilən hücumlarda ikisi uşaq olmaqla çoxlu fələstinli həyatını itirib.

ABŞ və İngiltərə başda olmaqla Qərbin sıx dəstəyi ilə dünyanın gözü qarşısında Fələstin torpaqlarında düşünmədən soyqırıma başlayan İsrail dayanmır. İşğal ordusu Qəzzada heç bir daş qoymadan Rəfaha tərəf dönüb və şəhəri intensiv bombardmana məruz qoyub.

Havadan reaktiv və yerdən artilleriya atəşi ilə mülki vətəndaşları hədəfə alan İsrail ordusu, aralarında uşaqların da olduğu onlarla insanı qətlə yetirib.

Anadolu Agentliyinin bölgədəki şahidlərdən və tibbi mənbələrdən əldə etdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağına, xüsusən də Rəfah şəhərinin müxtəlif hissələrinə hava və artilleriya atəşi ilə hücumlarını davam etdirib.

Rəfahda bələdiyyə binası davamlı olaraq artilleriya atəşi ilə hədəf alınarkən, hücum nəticəsində binada yanğın baş verib. Bina və ətrafdakı tikililərə də ciddi ziyan dəyib.

İsrail qüvvələrinin Rəfah şəhərinin cənubunda fələstinli “Kışta” ailəsinin evini hədəf alması nəticəsində ikisi uşaq olmaqla çoxlu fələstinli həyatını itirib, çoxlu sayda yaralı var. Döyüş təyyarələri də Rəfahın şimal-şərqində Abdulal ailəsinin evini vurub. Rəfahın mərkəzi hissəsində başqa bir evə edilən hücumda bir fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Qəzza şəhərindəki Əl-Əhli Xəstəxanası mənbələri də İsrailin pilotsuz uçuş aparatlarının (PUA) Zeytun məhəlləsində bir qrup fələstinlini hədəf aldığını, hücumda bir nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib.

Qəzza zolağının mərkəzi hissəsində Nuseyrat Qaçqınlar Düşərgəsinin cənubunda yerləşən fələstinli Reyyan ailəsinin evi də İsrail qüvvələrinin hədəfində olub.

Deyr-Belah şəhərinin şərqində baş verən hücumda 2 fələstinli yaralanıb.

Digər tərəfdən, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları yazılı açıqlama verərək, Rəfahın şərqindəki Şovke məhəlləsində bir binada barrikada quran İsrail əsgərləri ilə qarşıdurma olduğunu açıqlayıb. Rəfahın şərqində İsrail qüvvələrinin qısa mənzilli raket sistemləri və ağır çaplı minaatanlarla hədəf alındığı da qeyd edilib.

Rəsmi rəqəmlərə görə, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 789 fələstinli həlak olub, 78 min 204 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

90 vətəndaş İsraildən təxliyə edildi

Bugün TV

Yaponiyanı vuran “Lan” qasırğası nəticəsində 20 nəfər yaralandı

Bugün TV

Arxiyepiskop Türkiyəni işğalçı adlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu