Baş xəbərSəhiyyə

Soyuq duş ürək xəstələrində ciddi problemlər yarada bilər

Bugun.tv xəbər verir ki, həddindən artıq isti və yüksək rütubətli dövrlərdə soyuq duş qəbul etmək istirahətin ən asan yolu olaraq görülür. Ancaq mütəxəssislərin fikrincə, bu, hər kəs üçün mümkün deyil. Bəzi xəstəliklərdə böyük risklər var. Xüsusilə ürək-damar xəstəlikləri olanlar ölümcül təhlükələrlə üzləşə bilər.

Qlobal istiləşmə ilə yanaşı, bu ilin təsirində olduğumuz El Nino hava axını ilə həddindən artıq isti və rütubətli dövrlər yaşayırıq. Termometrlərin bəzi ölkələrdə 50 dərəcəni itələdiyi, hətta keçdiyi vaxtlar olub.

İnsan orqanizmini gərginləşdirən bu temperaturlarda qəbul edilən soyuq duşlar bir müddət də olsa, rahatlaşdırıcı təsir göstərir. Ancaq mütəxəssislərin bu nöqtədə xüsusilə bəzi xəstəlik qrupları üçün bir xəbərdarlığı var. Ürək xəstəsi olanlar üçün soyuq duş qətiyyən istifadə edilməməlidir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Viral LED maskadan bir ildən çox istifadə edən jurnalist: “İstifadə etdiyim yeganə maskadır”

Aynur Camal

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

D vitamini və kalsium əlavələri sınıqların qarşısını almaya bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu