10 C
Baku
8 Noyabr 2024, 13:05
Baş xəbər

“Sözümüz namusumuzdur və biz sözümüzü hər zaman tutarıq”!

    Hulusi Kılıç: “Sözümüz namusumuzdur və biz sözümüzü hər zaman tutarıq”!

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç Bugün.tv-yə açıqlamasında ölkəmizdə keçirilən hərbi təlimlərə münasibət bildirib:

 “Türk general-polkovniki Bəxtiyar Paşa Azərbaycandakı əsgəri təlmləri Azərbaycanın müdafiə naziri Zakir Həsənovla birlikdə izlədi. Bəxtiyar Paşa Türk Silahlı Qüvvələrinin dəyərli generallarından biridir. Onun Azərbaycan əsgərinin formasını geyməsi hər kəsin diqqətini çəkməkdədir. Hər kəs bilməlidir ki, hər bir türk zabiti Azərbaycan  əsgərinin hərbi mundirini geyməkdən qürur duyar. Hər bir türk diplomatı Azərbaycanın diplomatik məsələlərini izləməkdən şərəf duyar. Biz bir millət, lazım olanda bir dövlətik. Şuşa Bəyannaməsi bizə bu vəzifəni yükləməkdədir. Bu, müqəddəs bir vəzifədir. Bunun nə qədər ciddi olduğunu general-polkovnik Bəxtiyar Paşa əməli şəkildə göstərmişdir.

  1918-ci ildə Qafqaz İslam Ordusunun gəlişi bizim aramızdakı qardaşlıq əlaqələrinin hansı səviyyədə olduğunu göstərir. 1993-cü ildə Ermənistan Azərbaycan torpaqlarını işğal səbəbi ilə Türkiyə Ermənistanla diplomatik əlaqələri kəsdi və sərhədləri bağladı. Biz sözümüzü tutarıq. Bizim sözümüz namusumuzdur.

  Birliyimiz daimidir. Birliyimiz gücümüzdür. Hərbi təlimlər də uğrula davam etməkdədir. Mən həm Bəxtiyar Paşanı, həm Azərbaycanın müdafiə nazirini, həm də Azərbaycanın qəhrəman əsgərlərini təbrik edirəm. Bəxtiyar Paşanın Azərbaycan hərbi mundirini geyməsini məmnuniyyət və təqdirlə qarşılayıram”.

Aynur Camal

Oxşar xəbərlər

Basqal Qoruğunda abidələrin mühafizə vəziyyəti müzakirə olunub

Aynur Camal

AŞIK VEYSƏL AZƏRBAYCANDA “CÜMHURİYYƏTİN ÜZÜ” KONSERTİ İLƏ anıldı

Kəmalə Sultan

Astarada cinayət hadisəsi baş verdi 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu