23 C
Baku
13 İyun 2025, 1:57
Baş xəbərTexnologiya

SpaceX-ın kosmosa göndərdiyi 4 astronavt Yerə qayıdıb

Bugun.tv xəbər verir ki, Crew-7 missiyası çərçivəsində SpaceX-ın kosmosa göndərdiyi astronavtlar Beynəlxalq Kosmik Stansiyada 6 aylıq missiyalarını başa vurublar. Onlar artıq Yerə eniş ediblər.

Astronavtların olduğu kapsul Meksika körfəzinə düşüb. İçində amerikalı astronavt Jasmin Moghbeli, danimarkalı astronavt Andreas Mogensen, yapon astronavt Satoşi Furukava və rusiyalı kosmonavt Konstantin Borisov olan kapsulun Yerə enməsi canlı yayımlanıb.

Yer orbitində 199 gündən sonra geri qayıdan ekipajın sağlamlıq yoxlamalarından keçəcəyi bildirilir.

Xatırladaq ki, astronavtlar SpaceX tərəfindən istehsal edilən Falcon 9 raketi ilə ötən ilin avqust ayında orbitə buraxılıb. Missiya uğurla başa çatıb.

Teymur Əziz

Oxşar xəbərlər

Bu şəhərlərin sahillərində çimmək qadağandır

Bugün TV

Darıxmaqdan başladığı hobbisi ilə milyonçu oldu! Sifarişlər yığıldı

Aynur Camal

“Azərbaycan-Çin əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu