Dünya

Stoltenberq: “Ukrayna daha çox gözləyə bilməz, təcili yardıma ehtiyacı var”

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın dəstəyə ehtiyacı olduğunu ifadə edərək, “Ukrayna daha çox gözləyə bilməz. Onun təcili olaraq havadan müdafiə, sursat və yardıma ehtiyacı var”, – deyib.

Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşdən sonrakı mətbuat konfransında bu fikirləri səsləndirib. O, bildirib ki, ukraynalılar artıq bir çox uğurlara imza atıblar.

Ukraynanın dəstəyə ehtiyacı olduğunu qeyd edən Stoltenberq, NATO-nun Ukraynaya etibarlı və proqnozlaşdırıla bilən təhlükəsizlik dəstəyi vermək üçün fəal şəkildə çalışdığını bildirib.

Bugün TV

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu