25 C
Baku
27 İyul 2024, 4:57
Dünya

Şübhəli paket xəbərdarlığı

ABŞ-ın paytaxtı Vaşinqtonda Respublikaçılar Milli Komitəsinin (RNC) baş qərargahına göndərilən şübhəli paket panikaya səbəb olub.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, RNC-nin paytaxtdakı qərargahına giriş-çıxışlar, içərisində qanla dolu butulkaların olduğu deyilən bağlamaya görə müvəqqəti olaraq dayandırılıb.

Bina evakuasiya edildikdən sonra təhlükəsizlik üçün çevik yoxlama aparılıb.

Bir müddət sonra polis “problem yoxdu” açıqlaması verib və RNC qərargahı və əməkdaşlarının binaya qayıtmasına icazə verilib.

Poçtla çatdırılan bağlama ilə bağlı rəsmi açıqlama verilməyib.

Polisin araşdırma zamanı qərargah binasının yerləşdiyi küçəyə qoyduğu sarı zolaqlar götürülərək nəqliyyatın hərəkətinə yenidən icazə verilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

“L’Oreal” şirkətinin varisi 100 milyard dollardan çox sərvətə malik ilk qadın oldu

Aynur Camal

Kiberhücum zamanı milyonlarla insanın şəxsiyyət məlumatları oğurlandı!

Bugün TV

Siz yatarkən belə əzələlərin böyüməsinə kömək edən məhsul hansıdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu