25 C
Baku
27 İyul 2024, 4:09
Baş xəbərDünya

Sudana təcili ərzaq və tibbi ləvazimatlar göndərildi

Bugun.tv xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyi və Ümumdünya Səhiyyə Təşkilatı Sudana 30 ton humanitar yardım göndərib.

30 ton yardım daşıyan Emirates təyyarəsi ölkələrini bürüyən hərbi münaqişədən zərər çəkmiş sudanlı qaçqınlara dəstək olmaq üçün Çad-Sudan sərhədinə uçub.

Dubayın vitse-prezidenti və hökmdarı Şeyx Məhəmməd bin Rəşid təcili humanitar yardımın Sudana göndərilməsini əmr edib.

Xatırladaq ki, orada ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında hakimiyyət mübarizəsində döyüşlər davam edir.

Ölkənin bir çox əhalisi, xüsusən də xəstələr və qocalar, uşaqlar və qadınlar ərzaq çatışmazlığı ilə mübarizə aparır.

Göndərmə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tibbi ləvazimatlar Dubaydakı Beynəlxalq Humanitar Şəhər tərəfindən təmin edilib.

Bu həftə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi beş ölkədən 126 nəfərin olduğu Sudandan üçüncü təxliyə təyyarəsinin Abu Dabiyə endiyini açıqlayıb.

Təxliyyə uçuşları BƏƏ-nin ölkəyə humanitar yardım çatdırdığı vaxta təsadüf edib.

BMT-nin hesablamalarına görə, aprelin 15-də başlayan döyüşlərdən sonra 100 min sudanlı ölkəni tərk edib, 334 min nəfər isə məcburi köçkün vəziyyətinə düşüb.

Mənbə: TheNationalNews

Aynur Camal

Oxşar xəbərlər

Şagird yerdəyişməsinə başlanılıb

Aynur Camal

Müdafiə Nazirliyi: mövqelərimiz atəşə tutulub

Aynur Camal

Astronavtların Yerə qayıtması yenidən təxirə salındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu