Baş xəbərSosial

Sumqayıt və Xızı məktəbliləri həmyaşıdlarına səsləndilər

Bugun.tv xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Diqqət, uşaqlar!” devizi ilə başlatdığı hərəkətin təhlükəsizliyi aylığı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aidiyyətli qurumlarının dəstəyi ilə davam edir. Respublikamızın bütün təhsil ocaqlarında keçirilməsi vacib olan sözügedən tədbirə bu dəfə Sumqayıt şəhər 31 nömrəli və Xızı şəhər Rafiq İsmayılov adına tam orta məktəbin şagirdləri qoşulub.

Ümumilikdə 290-dək şagirdin, eləcə də valideyn, təhsil işçiləri və media nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqları yoxlanılıb, mövzuya dair hazırladıqları viktorina və səhnəciklər izlənilib. Məktəblilər həmyaşıdlarına müraciət edərək onları yollarda qaydalara əməl etməyə çağırıblar.

Çıxış edən məruzəçilər “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının əhəmiyyətindən danışıb, təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Aynur Camal

Səhərini yoqa ilə aç! 

Aynur Camal

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu