Baş xəbərTexnologiya

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Süni intellekt texnologiyası koronavirusun bütün variantları, eləcə də Ebola kimi təhlükəli viruslara qarşı təsir göstərə biləcək yeni nəsil peyvəndlərin hazırlanmasında istifadə olunur.

Bugun.tv xəbər verir ki, bu barədə BBC-nin yayımladığı məlumatda bildirilir. Məlumata görə, Kembric Universiteti alimləri süni intellektdən istifadə edərək müxtəlif virus ailələrinə qarşı geniş qoruma təmin edə biləcək innovativ peyvənd üzərində çalışırlar.

Araşdırma çərçivəsində müxtəlif koronaviruslara aid genetik məlumatlar süni intellekt tərəfindən təhlil edilib. Nəticədə sistem virusların mutasiyaya uğraması və ya heyvanlardan insanlara keçməsi hallarında belə immun sistemini qorumağa kömək edə biləcək xüsusi “super antigen” dizayn edib.

Alimlər bildirirlər ki, layihə hələ ilkin mərhələdə olsa da, artıq qrip və Ebola viruslarına qarşı da oxşar peyvəndlərin hazırlanması istiqamətində işlər aparılır.

Mütəxəssislərin fikrincə, bu texnologiya gələcək pandemiyaların qarşısının alınmasında mühüm rol oynaya bilər.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu