Image default
Baş xəbərSiyasət

Azərbaycan CNN-in İranla bağlı iddialarını rədd etdi

Azərbaycan Xarici İşlər Nazirliyi CNN telekanalında yayımlanan və Azərbaycan ərazisinin İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatlarında istifadə edildiyi barədə iddiaları qəti şəkildə rədd edib.

Bugun.tv xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sözügedən ittihamların yeni olmadığını, daha əvvəl də müxtəlif platformalarda səsləndirildiyini və rəsmi Bakı tərəfindən dəfələrlə təkzib edildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi əvvəlcədən rəsmi qaydada media qurumuna təqdim olunsa da, materialda bu mövqeyə yer verilməyib. XİN rəsmisi anonim mənbələrə əsaslanan və heç bir konkret sübut təqdim etməyən məlumatların jurnalistikanın obyektivlik və qərəzsizlik prinsiplərinə uyğun gəlmədiyini vurğulayıb.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan öz ərazisinin hər hansı üçüncü ölkəyə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmənçilik məqsədləri üçün istifadəsinə heç vaxt icazə verməyib və verməyəcək.

XİN bəyan edib ki, Azərbaycan regional sülh, sabitlik və beynəlxalq hüququn prinsiplərinə sadiq qalır. Rəsmi Bakı yayılan məlumatları dezinformasiya cəhdi kimi qiymətləndirərək, media qurumundan düzəliş və təkzib gözlədiyini bildirib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran gərginliyi Qırmızı dənizdə neft daşımalarına təsir etdi

Aynur Camal

ABŞ İrana hücumların genişləndirilməsi ilə bağlı resurs çatışmazlığı yaşayır

Aynur Camal

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu