25 C
Baku
24 Sentyabr 2026, 21:43
Dünya

Süni intellekt DNT-ni dəyişdirən yeni ferment sisteminin kəşfinə kömək etdi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Anthropic şirkəti tərəfindən hazırlanmış Claude süni intellekt modelinin DNT-ni dəyişdirən yeni ferment sisteminin kəşfinə töhfə verdiyi açıqlanıb.

Anthropic-in yaydığı məlumata görə, şirkətdə Claude-un köməyi ilə bioloji tədqiqatlar aparmaq üçün yaradılmış komanda süni intellektlə insan əməkdaşlığının elmi kəşfləri sürətləndirib-sürətləndirməyəcəyini yoxlamaq məqsədilə yeni təcrübə keçirib.

Tədqiqatçılar təxminən 950 Claude agentinə böyük DNT ardıcıllığı məlumat bazasında RNT-dən DNT sintez edən “revers transkriptaza” (RT) fermentlərinin yeni və maraqlı nümunələrini müəyyənləşdirmək tapşırığı veriblər.

21 saat davam edən axtarışdan sonra agentlərdən biri qeyri-adi nəticə aşkarlayıb. Laboratoriya araşdırmaları nəticəsində bunun daha əvvəl bakteriyalara yoluxan viruslarda rast gəlinən, lakin indiyədək ətraflı öyrənilməmiş ferment sisteminə işarə etdiyi müəyyənləşdirilib.

Yeni ferment sisteminin funksiyası hələ tam məlum deyil. Tədqiqatçılar onun xüsusiyyətlərini və fəaliyyət mexanizmini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.

Bu kəşf süni intellektin elmi tədqiqatlarda istifadəsinin imkanları ilə yanaşı, texnologiyanın potensial riskləri ilə bağlı müzakirələrin də davam etdiyi bir vaxtda baş verib.

Anthropic şirkətinin baş direktoru Dario Amodei bundan əvvəl BMT Təhlükəsizlik Şurasında keçirilən toplantıda süni intellektdən bioloji silahların hazırlanmasında istifadə edilməsini risk faktoru kimi qiymətləndirdiyini bildirmiş və belə istifadənin qadağan edilməsini təklif etmişdi.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Putin-Tramp görüşü ilə bağlı hələ qərar verməyib

Aynur Camal

“Polo” qasırğası ilə bağlı təhlükə artır

Aynur Camal

Əfqanıstan Pakistanın hava hücumlarına cavab verəcəyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu