DünyaTexnologiya

Süni intellekt G7 sammitində

Bugun.tv xəbər verir ki, Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitində süni intellekt texnologiyalarının inkişafı və təhlükəsiz istifadəsi əsas müzakirə mövzularından biri kimi gündəmə çıxarılıb.

Sammit çərçivəsində dünya liderləri süni intellektin qlobal iqtisadiyyata, təhlükəsizliyə və əmək bazarına təsirlərini müzakirə edirlər. Müzakirələrdə texnologiyanın sürətli inkişafı fonunda beynəlxalq qaydaların müəyyənləşdirilməsi, etik standartların yaradılması və təhlükəsizlik məsələləri ön plana çəkilib.

Məlumata görə, sammitdə texnologiya sektorunun aparıcı nümayəndələri də iştirak edirlər.

OpenAI şirkətinin rəhbəri Sem Altman, Anthropic şirkətinin baş direktoru Dario Amodei və Mistral AI şirkətinin təsisçisi Artur Menş liderlərlə görüşərək süni intellekt sahəsində mövcud çağırışlar və gələcək perspektivlər barədə fikir mübadiləsi aparacaqlar.

G7 ölkələri hesab edir ki, süni intellekt iqtisadi inkişaf üçün böyük imkanlar yaratsa da, onun təhlükəsiz və məsuliyyətli şəkildə tətbiqi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

Qeyd edək ki, Evian şəhərində keçirilən sammitdə Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət, qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi ilə yanaşı, süni intellektin gələcəyi də əsas gündəm mövzuları sırasında yer alır.

Mənbə: World News

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın süni intellekt qərarı Avropada narahatlıq doğurdu

Aynur Camal

Çin məhsullarının bazarlardakı artan payı narahatlıq yaradır

Aynur Camal

Zelenski Putinə G7 sammiti çərçivəsində görüş təklif edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu