Baş xəbərDünya

Süni intellektin hazırladığı ilk restoran fəaliyyətə başladı

Rusiyada süni intellektin iştirakı ilə yaradılan ilk restoran fəaliyyətə başlayıb. Moskvanın mərkəzində açılan Futuramen adlı Asiya mətbəxi restoranında menyu və interyer konsepsiyası neyroşəbəkənin köməyi ilə hazırlanıb.

Restoranın yaradıcısı Aleksey Romanov və konsept-şef Mark Şah Akbari bildiriblər ki, süni intellektə verilən sorğular əsasında menyu, yeməklərin tərkibi və interyer dizaynı formalaşdırılıb. Daha sonra şef təqdim olunan reseptləri praktik baxımdan uyğunlaşdıraraq son variantı hazırlayıb.

Menyuda əsasən ev üsulu ilə hazırlanan Asiya əriştəsi, müxtəlif növ rollar və müəllif kokteylləri yer alır. Restoranın əsas yeməyi isə ramen hesab olunur.

Layihə müəlliflərinin sözlərinə görə, bu yanaşma restoran biznesində süni intellekt texnologiyalarının imkanlarını nümayiş etdirmək məqsədi daşıyır. Onlar hesab edirlər ki, gələcəkdə neyroşəbəkələr menyuların hazırlanması, interyer dizaynı və digər yaradıcı proseslərdə daha geniş istifadə olunacaq.

Mütəxəssislər qeyd edirlər ki, süni intellekt restoran sahəsində insanları tam əvəz etmir. Son qərarlar və reseptlərin uyğunlaşdırılması yenə də peşəkar aşpazlar tərəfindən həyata keçirilir.

Mənbə: RİA Novosti

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsinə yaşıl işıq yandırdı

Aynur Camal

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu