Səhiyyə

ABŞ-da səhiyyə fırıldaqlarına qarşı yeni tədbirlər elan edildi

ABŞ hökuməti səhiyyə sahəsində fırıldaqçılıqla mübarizəni gücləndirmək məqsədilə yeni tədbirlər paketi açıqlayıb. Təşəbbüs ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi (HHS) ilə Ağ Evin Fırıldaqçılıqla Mübarizə üzrə İşçi Qrupu tərəfindən təqdim olunub.

ABŞ-ın səhiyyə naziri Robert F. Kennedi Jr. bildirib ki, yeni tədbirlərin əsas məqsədi dövlət səhiyyə proqramlarında qanunsuz ödənişlərin, maliyyə fırıldaqlarının və büdcə vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaqdır.

Nazirin sözlərinə görə, hökumət səhiyyə sistemində şəffaflığın artırılması, dövlət vəsaitlərinin daha səmərəli idarə olunması və vergi ödəyicilərinin pullarının qorunması istiqamətində nəzarət mexanizmlərini gücləndirəcək.

Yeni tədbirlər çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsi, şübhəli maliyyə əməliyyatlarının daha operativ müəyyən edilməsi və səhiyyə proqramlarında saxtakarlıq hallarının erkən aşkar olunması üçün əlavə nəzarət sistemlərinin tətbiqi nəzərdə tutulur.

ABŞ rəsmiləri hesab edirlər ki, bu addımlar dövlət səhiyyə proqramlarının etibarlılığını artıracaq və milyonlarla dollar həcmində büdcə vəsaitinin qanunsuz istifadəsinin qarşısını almağa kömək edəcək.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Adi burun damcılarının tərkibindəki maddə qocalmanı ləngidə bilər

Aynur Camal

Narkoloq səhər yeməyində şampan içməyin təhlükələri barədə xəbərdarlıq etdi

Aynur Camal

Siqaret çəkmək görmə qabiliyyətini zəiflədə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu