Baş xəbərHadisə

Sürətini ala bilməyən yük maşını işıqforun qırmızı işığında gözləyən maşınlara çırpılıb: 6 yaralı var

Bugun.tv xəbər verir ki, Şanlıurfanın Siverek rayonunda sürətini azalda bilməyən yük maşını işıqforun qırmızı işığında gözləyən avtomobillərə çırpılıb. Yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb. Ətrafdakıların xəbəri üzərinə bölgəyə çox sayda xilasetmə, jandarma və sağlamlıq qrupları cəlb edildi. Təcili yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına çatdırılan yaralılara təcili yardım otağında tibbi yardım göstərilib.

TRT Haberin məlumatına görə, qəza səbəbindən bir müddət nəqliyyatın hərəkətinə bağlanan magistral avtomobillərin çəkilməsi ilə yenidən açılıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Qatil balinalar dünyanın ən böyük balıqlarından birini parçalamağın yeni üsulunu nümayiş etdiriblər

Aynur Camal

Bir gün rəhbərliklə

Bugün TV

Makron meşə yanğınları ilə mübarizə üçün Aİ-dən dəstək istədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu