34 C
Baku
27 İyul 2025, 13:23
Baş xəbərTexnologiya

Sürətli genişzolaqlı internetə çıxış üçün bəyannamə qəbul edildi

Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirlərinin “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində İKT infrastrukturunun inkişafı” mövzusuna həsr olunan görüş keçirilib.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev facebook səhifəsində paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycanda İKT infrastrukturunun inkişafı, xüsusilə əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında danışılıb.

Həmçinin dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün İKT infrastrukturunun inkişafı ilə bərabər kadr potensialının artırılmasının vacibliyini vurğulanıb.

Görüşün sonunda Birgə Bəyannamə qəbul edilib.

Aynur Camal

Oxşar xəbərlər

DİN vətəndaşlara təşəkkür etdi!

Kəmalə Sultan

Səudiyyə Ərəbistanında qar sürprizi! Birdən ağ oldu

Aynur Camal

Vinq Çun üzrə Azərbaycan çempionu Muradəli Əliyev: “Mənə öyrədilənləri daha mükəmməl şəkildə öz tələbələrimə öyrətməyə çalışacam

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu