Baş xəbərHadisə

Sürücü idarəetmədən çıxaraq viyadükün beton ayağına çırpıldı: 4 yaralı var

Bugun.tv xəbər verir ki, İstanbulun Şişli rayonunda sükan idarəetməsini itirən sürücü tunelin çıxışında viyadükün beton ayağına çırpılıb. Qəzada sürücü və onunla birlikdə olan 3 nəfər xəsarət alıb. Xəbər verildikdən sonra əraziyə yanğınsöndürmə, polis və sağlamlıq qrupları sövq edilib. Yaralılar sağlamlıq qruplarının ilk yardımının ardından xəstəxanaya qaldırıldı. Sürücünün səhhətinin ağır olduğu öyrənilib. Polis qrupları ikinci qəzanın qarşısını almaq üçün yolda tədbir aldı.

TRT Haberin məlumatına görə, qəzaya uğrayan cip evakuatorun köməkliyi ilə olduğu yerdən çıxarılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Türkiyəli media nümayəndələri Qarabağda aparılan bərpa-quruculuq işləri ilə tanış oldular

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Dörd nəfəri bıçaqlayan qadın həbs edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu