DünyaHadisə

Sürücüsüz avtobus ilk səfərində tramvayla toqquşdu

Bugun.tv xəbər verir ki, İsveçin Goteborg şəhərində sınaq məqsədilə istifadəyə verilən sürücüsüz avtobus ilk sərnişinli səfəri zamanı tramvayla toqquşub.

Məlumata görə, Vasttrafik adlı yerli ictimai nəqliyyat şirkətinin sözçüsü Patrik Chi hadisə barədə açıqlama verərək bildirib ki, sürücüsüz avtobus hərəkət zamanı qəfil əyləcdə dayanıb və arxadan gələn tramvay ona çırpılıb.

Açıqlamada qeyd olunur ki, hadisə zamanı heç bir can itkisi və ya yaralanma baş verməyib.

Sözügedən avtobus mart ayının sonlarından etibarən Goteborg mərkəzində test sürüşlərinə cəlb olunmuşdu və ilk dəfə sərnişin daşıyırdı. Təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsində ehtiyat sürücü də mövcud olub.

İsveç Nəqliyyat Agentliyi tərəfindən verilən icazəyə əsasən, bu tip sınaq səfərləri 31 iyul 2027-ci ilə qədər davam edə bilər.

Hadisədən sonra avtobus müvəqqəti olaraq istismardan çıxarılıb və texniki yoxlamaya göndərilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

İstilik dalğası güclənir: Bir çox ölkədə rekord temperatur qeydə alınıb

Aynur Camal

Qlobal iqtisadi yavaşlama riski artır, bazarlarda qeyri-müəyyənlik güclənir

Aynur Camal

AB-yə girişdə yeni biometrik sistem sərhəddə kilometrlərlə növbə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu