Sosial

Səhhətində problem olan vətəndaşın pensiyası kəsilib

 Bugün.tv saytına Mingəçevir şəhər sakini Şərifova Tofiqə Zakir qızı problemləri ilə bağlı müraciət edib.

Xanımın dediyinə görə ona dövlət tərəfindən ayrılmış pensiya kəsildikdən sonra vəziyyəti daha da ağırlaşıb.

“Heç bir yerdən gəlirim yoxdur. Səhhətimin vəziyyəti işləməyə imkan vermir. 20 il Tekstil də çalışmışam. Yataqxana şəraitində körpə nəvəmə baxa bilmirəm”.

Vətəndaş düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov və millət vəkili Aydın Mirzəzadəyə müraciət etdiyini bildirib.

Bugün.tv olaraq millət vəkili Aydın Mirzəzadə ilə əlaqə saxladıq və O bildirdi ki, məsələ araşdırılacaq,  lazımı tədbirlər görüləcək.

Aynur Camal

Oxşar xəbərlər

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirildi

Aynur Camal

Məhluqə Rəhimova: Məktəb dini mübahisələrin deyil, elmin və milli gələcəyin məkanıdır

Aynur Camal

Payız mövsümünə özəl: Kosmetoloji prosedurlara 20 faiz endirim elan edildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu